Nəfəs al. Ruhunu dinlə

Nəfəs al. Ruhunu dinlə Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nəfəs al. Ruhunu dinlə, Performance & Event Venue, Üçhisar.

Əziz xanımlar,Çoxsaylı istəkləri nəzərə alaraq, bu dəfə retritimizi daha yaxın və daha əlçatan etdik. 💚Bu dəfə yolumuz d...
10/08/2026

Əziz xanımlar,

Çoxsaylı istəkləri nəzərə alaraq, bu dəfə retritimizi daha yaxın və daha əlçatan etdik. 💚

Bu dəfə yolumuz doğma Laçına — təbiətin, yenidən dirçəlişin və ilhamın ünvanına düşür.

Qarabağ torpağının enerjisini hiss etmək, dağların sükutunda nəfəs almaq, Həkəri çayının axışını dinləmək və təbiətlə yenidən bağ qurmaq üçün Laçında görüşürük. 🌿

Xarıbülbül kimi köklərimizdən güc alaraq yenidən çiçəklənmək üçün! 🌸

Laçın bizi gözləyir.
Gəlin, bu dəfə birlikdə özümüzə bir az da yaxınlaşaq. 💙

📍 Laçın
📅 2-3-4 Oktyabr
✨ Qeydiyyat mütləqdir, ilkin görüş keçiriləcək.
📌 https://forms.gle/QTHbgUHwBf9sQNo16

“Nəfəs al, ruhunu dinlə” Kapadokya (2025) yol yoldaşlarımızla yenidən görüşdük. Bir-birimizin dəyişiminə şahid olduq, uğ...
17/07/2026

“Nəfəs al, ruhunu dinlə” Kapadokya (2025) yol yoldaşlarımızla yenidən görüşdük. Bir-birimizin dəyişiminə şahid olduq, uğurlarına sevindik, paylaşdıq. Ən gözəli isə o idi ki, hər kəs öz yolunda inamla irəliləyir, böyüyür və işığını qoruyur.

“Nəfəs al, ruhunu dinlə” lider xanımların özünü yenidən kəşf etdiyi, bir-birinə dayaq olduğu və hekayələrinin eyni ahəngdə qovuşduğu bir platformadır.

Yaxşı ki, yollarımız kəsişdi. Yaxşı ki, eyni ahəngdəyik. 🤍

Retritin 2-ci günü “həyat çarxı” mövzusuna həsr olundu. ✨Bu gün iştirakçılar həyatımızdakı rolları, daşıdığımız məsuliyy...
14/05/2026

Retritin 2-ci günü “həyat çarxı” mövzusuna həsr olundu. ✨

Bu gün iştirakçılar həyatımızdakı rolları, daşıdığımız məsuliyyətləri və bütün bunların içində “özümüz”ə nə qədər yer ayırdığımızı daha dərindən müşahidə etdilər.

Bəzən həyatın sürətində bir çox rolu eyni anda daşıyırıq:
idarə edirik, qayğı göstəririk, qərarlar veririk, güclü görünürük…
Amma ən vacib sual bəzən arxa planda qalır:
“Mən özümü nə qədər eşidirəm?”

“Həyat çarxı” məşqi iştirakçılara həyatın müxtəlif sahələrinə fərqli baxış bucağından yanaşmağa, daxili tarazlığı və fərqindəliyi daha aydın hiss etməyə imkan yaratdı.

Çünki insanın özünü tanıması dəyişimin başladığı ilk nöqtədir. 🌿

Fərqanə Məmmədova:Retritin ilk günü geridə qaldı…Və bu gün sadəcə tanış olmadıq — bir-birimizin hekayələrinə toxunduq. ✨...
10/05/2026

Fərqanə Məmmədova:

Retritin ilk günü geridə qaldı…
Və bu gün sadəcə tanış olmadıq — bir-birimizin hekayələrinə toxunduq. ✨

Birlikdə danışdıq:
• qadın olmağın görünməyən yükündən,
• lider olmağın məsuliyyətindən,
• insan olaraq özümüzü harada itirib-harada tapdığımızdan.

“Qadın, lider, insan” mövzusunda rolların necə toqquşduğunu, bəzən bir-birini necə gücləndirdiyini, bəzən isə bizi içimizdə necə parçaladığını araşdırdıq.
Anladıq ki, ən çətin balans — başqalarının gözləntiləri ilə öz daxili səsimiz arasında qurulan balansdır.

Necə deyib Mevlana:
“Sus… Çünki qəlbin danışdığı yeri sözlər anlada bilməz. İçindəki səsi dinlə — doğru yolu o bilir.”

Bursada 600-dən çox yaşı olan Çinar ağacı var. Deyirlər ki, onun kölgəsində dayananda insan qəribə bir sakitlik və güc h...
09/03/2026

Bursada 600-dən çox yaşı olan Çinar ağacı var. Deyirlər ki, onun kölgəsində dayananda insan qəribə bir sakitlik və güc hiss edir: sanki zaman bir anlıq dayanır.

“Nəfəs al, ruhunu dinlə” layihəsi çərçivəsində biz də bu qədim çinarın kölgəsində oturub bir fincan çay içəcəyik. Bəlkə də əsrlərin enerjisini, təbiətin sehrini və sakitliyini elə orada hiss edəcəyik.

Bəzən insanın ehtiyacı olan tək şey budur:
bir ağacın kölgəsi, bir fincan çay və ruhunun səsini eşitmək. 🌿☕✨

Qeydiyyat: https://forms.gle/scNhKwCo7iqFqfaz7

16/02/2026

“Nəfəs al, ruhunu dinlə” layihəsi nədir? Kimlər müraciət edə bilər? - Bütün sualların cavabını videoda tapa bilərsiniz. ✨

Böyük məmnuniyyətlə bu ilin şəxsi və peşəkar transformasiya səfərini elan edirik!8–12 May | Bursa ✨İşgüzar xanımlar üçün...
10/02/2026

Böyük məmnuniyyətlə bu ilin şəxsi və peşəkar transformasiya səfərini elan edirik!

8–12 May | Bursa ✨

İşgüzar xanımlar üçün hazırlanmış bu retrit gündəlik səs-küydən uzaqlaşmaq, özünü dinləmək, ruhunu yeniləmək və daxili gücünü yenidən kəşf etmək üçün unikal bir fürsətdir.

Bu günlər ərzində siz dayanacaq, nəfəs alacaq, fokuslanacaq və həyatınızın növbəti mərhələsinə daha aydın, daha güclü və daha balanslı şəkildə qayıdacaqsınız.

13/05/2025

Fərqanə Məmmədova: “Hər son – yeni bir başlanğıcdır.Retritin son günü biz bir addım geri çəkilib, böyük şəkilə baxdıq.Nə istəyirik? Hara gedirik? Necə gedirik?Daxili səssizliyin içində biz öz missiyamızı eşitdik. İndi isə addım-addım, inamla yola çıxmaq vaxtıdır.Çünki həyat biz gözlədikcə deyil, hərəkət etdikcə dəyişir.”

“Ən güclü motivasiya içimizdədir.Bəzən sükutda, bəzən yorğunluqda, bəzən də çaşqınlıqda onu tapırıq. Bizə lazım olan ene...
12/05/2025

“Ən güclü motivasiya içimizdədir.
Bəzən sükutda, bəzən yorğunluqda, bəzən də çaşqınlıqda onu tapırıq. Bizə lazım olan enerji, yön, hətta cavablar – hamısı özümüzdədir. Proqramın ikinci günü biz öz səsimizi daha aydın eşitdik. Çünki susduq, dinlədik və özümüzə yaxınlaşdıq.
Həqiqi güc – sakitlikdən doğur.”

Fərqanə Məmmədova, 10.05.2025, Kapadokya retritinin 2-ci günü

10/05/2025

Fərqanə Məmmədova: “Retritimizin ikinci günündə hər birimiz öz həyat yolumuza, keçmişimizin bizə öyrətdiklərinə və artıq buraxmalı olduqlarımıza baxdıq. Keçmiş — bir müəllimdir, amma onun yükünü daşımaq bizim bugünkü seçimlərimizi məhdudlaşdırır.
Mevlana demişkən:
“Dün dünde kaldı cancağızım, ne kadar söz varsa düne ait, şimdi yeni şeyler söylemek lazım..”

Bu gün yeni bir başlanğıc üçün mükəmməl gündür. Keçmişi sevgi ilə yola salıb, öz yolumuza işıqla davam edək.”

Address

Üçhisar
50000

Alerts

Be the first to know and let us send you an email when Nəfəs al. Ruhunu dinlə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nəfəs al. Ruhunu dinlə:

Shortcuts

Share