Maqov kənd tam orta məktəbi

Maqov kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maqov kənd tam orta məktəbi, Performance & Event Venue, Maqov kəndi, Zaqatala.

Anım Günü ilə əlaqədar olaraq məktəbimizin şagirdləri vətənimizin azadlığı ,ərazi bütövlüyü və suverenliyi uğrunda canla...
24/09/2026

Anım Günü ilə əlaqədar olaraq məktəbimizin şagirdləri vətənimizin azadlığı ,ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub .

24/09/2026

Ölkəmizdə hər bir sahənin inkişafı ilə bağlı konkret Dövlət Proqramları qəbul edilir və uğurla icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş hər bir Dövlət Proqramı iqtisadiyyatımızın inkişafına və ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edir. “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” da bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən prezident İlham Əliyev ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacını qeyd edib. Dövlət Proqramının 2027-2030-cu illərdə tam icra edilməsininin qarşıya mühüm vəzifə kimi qoyulduğunu vurğulayan dövlətimizin başçısı yeni proqramın, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin həm obyektiv, həm də subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etmədiyini, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun Ermənistan dövləti tərəfindən məhv edildiyini, hazırda bir çox perspektivli yataqlarımızın hələ də öz geoloji kəşfiyyat dövrünü gözlədiyini qeyd edib. Bu məsələlərin həlli üçün Dövlət Proqramı əsasında çox konkret mexanizmlərin tətbiq ediləcəyini, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınacağını bildirib.
Perspektivli bölgə kimi Naxçıvan Muxtar Respublikasını da vurğulayan dövlətimizin başçısı bildirib ki, “Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq.”
Növbəti istiqamətin Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı olduğunu xatırladan prezident artıq bir neçə ildir “AzerGold” şirkətinin bu yatağın istismara hazırlanması ilə bağlı işlər gördüyünü vurğulayaraq bildirib ki, “tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər.”
Ölkə Prezidenti bu yaxınlarda yaradılmış Qərb Sənaye Parkının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı ilə bağlı olduğunu qeyd edib. “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Dövlət başçısının sözlərinə görə, burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır.
Prezident İlham Əliyev çıxışında təbiətin qorunmasına xüsusi diqqət yetirib: “Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir.”
Bəli, dağ-mədən və metallurgiya sənayesinin inkişafından gözləntilər yalnız yeni iş yerləri və istehsal müəssisələri ilə məhdudlaşmır. İxrac potensialının genişlənməsi, dövlət büdcəsinə vergi daxilolmalarının artması və ölkəyə əlavə valyuta gəlirlərinin daxil olması iqtisadi nəticələrin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyev gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyini bildirərək layihələrin miqyasına diqqət çəkib.
Prezident İlham Əliyev müşavirədə ölkədə metallurgiya sənayesinin, o cümlədən alüminium istehsalının inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verərək bu önəmli sənaye istiqamətinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Dövlət Proqramının maliyyə təminatının bütün müvafiq qurumlarla razılaşdırıldığını bildirən dövlətimizin başçısı onun icrasında yerli və xarici investorların da iştirakı üçün lazımi şəraitin yaradılacağını vurğulayıb.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq.

Zaqatala RİH Başçının müavini,
Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri
şöbəsinin müdiri

21/09/2026

21 Sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə sülhün əmin-amanlığın və qarşılıqlı hörmətin təşviqinə həsr olunmuş tədbir keçirilmişdir. Sülh - sabitliyin , tərəqqinin və firavan gələcəyin əsasıdır.

21/09/2026
Dövlət Suverenliyi Gününə həsr olunmuş maarifləndirici tədbir.
21/09/2026

Dövlət Suverenliyi Gününə həsr olunmuş maarifləndirici tədbir.

19/09/2026

Tarix boyu Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mühüm məkanlardan biri olan Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Müxtəlif dini və etnik icmaların qarşılıqlı hörmət şəraitində yaşaması və mədəni müxtəlifliyin qorunması respublikamızın multikulturalizm siyasətinin əsas istiqamətlərindəndir. Sentyabrın 14-də Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin Müsəlman Dini İdarə Rəhbərlərinin VII görüşünün keçirilməsi və Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili Azərbaycanın dini-mədəni irsə və dinlərarası dialoqun təşviqinə verdiyi əhəmiyyətin növbəti nümunəsidir.
Sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bu günlərdə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası olduğunu bildirib. Türk dünyası ilə Qafqaz coğrafiyasının tarixi və siyasi-mədəni əlaqələrinə diqqət çəkən dövlətimizin başçısı Azərbaycanın bu iki məkan arasında mühüm birləşdirici rolunu xüsusi qeyd edib.
Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələrdən narahatlığını ifadə edən Prezident İlham Əliyev bildirib ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək.
Bəli, beynəlxalq siyasətində dini dəyərlərə hörmətə, müxtəlifliyin qorunmasına və qarşılıqlı anlaşmanın təşviqinə böyük əhəmiyyət verən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm hadisə idi. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcəkdir. Zirvə Görüşünün çox mühüm nəticələrinin olacağına əminliyini ifadə edən prezident İlham Əliyev Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslərin, anlaşılmazlıqların, bəzi hallarda toqquşmaların başa çatacağına ümid etdiyini vurğulayıb.
Çıxışında tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlardan bəhs edən Prezident İlham Əliyev ölkəmizin 30 il ərzində üzləşdiyi işğalın ağır nəticələrini, işğal illərində şəhər və kəndlərimizin dağıdıldığını, insanların öz doğma torpaqlarından didərgin salındığını, məscid və digər dini abidələrin məhv edildiyini diqqətə çatdıraraq, Azərbaycanın sülh təcrübəsindən və dünyanın ikili standartlara əsaslanan siyasətindən danışıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə də toxunan cənab prezident bu gün həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını və Qarabağın yenidən dirçəldiyini qeyd edib.
Prezident görüşdə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın əhəmiyyətindən də danışaraq, bu mükafatı sülh gündəliyinə verilən dəstəyin göstəricilərindən biri kimi qiymətləndirib.
Prezident İlham Əliyev çıxışının sonunda Türk dünyası, Qafqaz və İslam aləminin birliyinin, dünyada və regionda baş verən proseslər fonunda sülhün qorunması üçün birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

İlqar Vəliyev
DQİDK-nın Zaqatala bölgəsi
üzrə şöbəsinin müdiri

BİLİK GÜNÜ -YENİ TƏDRİS İLİNƏ UĞURLU BAŞLANĞIC!                                                            15 sentyabr -...
15/09/2026

BİLİK GÜNÜ -YENİ TƏDRİS İLİNƏ UĞURLU BAŞLANĞIC! 15 sentyabr - Bilik Günü münasibətilə məktəbimizdə 2026-2027-ci tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi ,müəllimlər ,şagirdlər ,qonaqlar və valideynlər iştirak etdilər. Tədbir zamanı məktəbin direktoru tərəfindən ötən tədris ilində görülmüş işlər əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələr barədə hesabat təqdim olundu . Bilik və uğur yolunda hər bir şagirdimizə nailiyyətlər arzulayırıq !

09.09.2026-cı il tarixində məktəbimizdə ümumvalideyn məktəb iclası keçirilib. Görüş zamanı ötən tədris ilinin nəticələri...
10/09/2026

09.09.2026-cı il tarixində məktəbimizdə ümumvalideyn məktəb iclası keçirilib. Görüş zamanı ötən tədris ilinin nəticələri geniş şəkildə təhlil olunub,əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda ,yeni tədris ilində qarşıya qoyulan məqsədlər,təlim tərbiyə prosesinin daha da səmərəli təşkili və məktəb- valideyn əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm məsələlər müzakirə edilib. Yeni tədris ilinin hər bir şagirdimiz üçün uğurlu yadda qalan olmasını arzulayırıq !

07.09.2026-cı il tarixində Maqov kənd tam orta ümumtəhsil məktəbində 2026-2027 ci  tədris ilin ilk pedaqoji şura iclası ...
10/09/2026

07.09.2026-cı il tarixində Maqov kənd tam orta ümumtəhsil məktəbində 2026-2027 ci tədris ilin ilk pedaqoji şura iclası keçirildi. Şura iclasında. 1. 2025-2026- ci tədris ilin yekunu 4-6 ci siniflərin monitorinq nəticələrinin təhlili ,qarşıda duran hədəflər . 2. Məktəbin İllik Fəaliyyət planının təhlili və təstiqi. 3. 2026-2027- ci tədris ilində məktəbdə təlim tərbiyə prosesinin təşkili. 4. 2026-2027 ci tədris ilində məktəbəqədər hazırlıq 1 və 10 cu siniflərə şagird qəbulu haqqında. 5. 2026-2027 ci tədris ilində məktəbdə dərs və vəzifə bölgüsü haqqında . 6. Məktəbdə yüksək nəticələrin qorunması və artırılması aşağı nəticələrin səbəbləri və aradan qaldırılması haqqında müzakirələr - kimi məsələlər geniş təhlil edildi. Yeni tədris ili hamımız üçün uğurlu və düşərli olsun.

Address

Maqov Kəndi
Zaqatala
062

Website

Alerts

Be the first to know and let us send you an email when Maqov kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share