28/06/2026
Azərbaycan Su İdmanı Növləri Federasiyasının dəstəyi, Windsurfing Baku Klubu tərəfindən keçirilən və Xtreme Pro təşkilatının birgə təşkilatçılığı ilə Bakıda sayca ikinci SUP Board Festivalı keçiriləcək.
Festival Bakının Şıxov çimərliyi ərazisində baş tutacaq və tədbirdə 150-yə yaxın iştirakçının iştirakı gözlənilir. Son illərdə ölkəmizdə sürətlə populyarlaşan SUP Board (Stand Up Paddle) idman növünün inkişafına töhfə vermək məqsədi daşıyan yarış həm peşəkar, həm də həvəskar idmançıları bir araya gətirəcək.
Yarış iki kateqoriya üzrə – qadınlar və kişilər arasında təşkil olunacaq. Hər kateqoriya üzrə finiş xəttini ilk keçən üç iştirakçı təşkilatçılar və sponsorlar tərəfindən dəyərli hədiyyələr və mükafatlarla təltif ediləcək. Yarışın qalibi individual SUP boardlar üzərində dənizdə sahildən 1 km-lik məsafədə yerləşdirilmiş işarəyə qədər tam dövrə vuran ilk 3 nəfər olacaq.
Tədbirin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, su idmanı növlərinə marağın artırılması və SUP Board mədəniyyətinin Azərbaycanda daha da inkişaf etdirilməsidir.
Daha ətraflı məlumat üçün: https://www.instagram.com/windsurfingbaku/
Qeydiyyat: https://forms.gle/g2PQVT9PXsCciupx9
Əlaqə: 0504140411