Sabirabad rayon Qaragüney kənd 1 saylıə tam orta məktəbi 1935-ci ildə tikilib istifadəyə verilib , 7 illik məktəb kimi fəaliyyətə başlayıb.Hal-hazırda 11 illik məktəbdir.
Məktəbin tikintisində yerli kənd sakinlərinin köməyindən istifadə olunub, tikinti materialları kolxoz rəhbərliyinin vasitəsi ilə dövlətdən alınaraq istifadə edilmişdir. Bu tikintinin materialları bərə vasitəsi ilə Kür çayının sahilinə gətirilmiş, yerli sakinlərin köməyi ilə at – arabalarla tikinti ərazisinə daşınmışdır.
Onuda, qeyd edim ki, məktəbin ərazisi Kür çayından ikinci (2) qoruyucu bəndin yaxınlığında yerləşir.
Məktəbin tikintisində Müəllimlər, Qədir Axundov, İsmayıl Həzrətquliyev, həmin dövrdə kolxoz sədri işləmiş Azayev Mehralı, ondan sonra bu vəzifəyə gəlmiş kolxoz sədri Xannənə adlı qadın böyük rol oynamışlar.
Məktəbin fəaliyyətinin ilk günlərindən məktəbdə adlı –sanlı, tanınmış pedaqoqlar fəaliyyət göstərmişlər.
Vaxtı ilə Əli Bayramlı şəhərində tanınmış pedaqoq və maarif şöbə müdiri olan Qədir Axundov kəndin təhsilinin səviyyəsini qaldırmaq üçün, kəndə qayıdır və Pedaqojı fəaliyyətini bu məktəbdə müəllim kimi davam etdirmişdir. Həmin vaxt isə ərazidə tanınmış pedaqoq olan İsmayıl müəllim Həzrətquliyev məktəbin direktoru olmuşdur.
Ötən səksən üç (83) il ərzində məktəbin minlərlə məzunu olmuşdur. Onlardan bir çoxu kənddə qalıb təsərrüfatla məşğul olsalarda. bəziləri isə təhsillərini davam etdirərək Respublikanın müxtəlif ali məktəblərinin məzunları olmuşlar.
Respublika və rayon səviyyəsində keçirilən Olimpiadalarda, müxtəlif tədbirlərdə, idman yarışlarında, seminarlarda, rəsm müsabiqələrində, inşa, yazı müsabiqələrində məktəbin şagirdləri uğurla iştirak edir.
Bütün tədris ili ərzində məktəbdə bütün Dövlət əhəmiyyətli tədbirlər qeyd edilir.
“Müstəqillik günü” , “Dövlət Bayrağı günü”, “Yeni İl Şənliyi”, “Novruz bayramı”, “20 Yanvar matəm günü”,” Xocalı faciəsi”, və digər günlər formatına uyğun olaraq qeyd olunur.
İl ərzində məktəbdə şagirdlərin daha ətraflı biliklərə yiyələnməsi və respublikkanın sosial həyatını daha yaxından tanımaq üçün müxtəlif seminar və elmi, metodiki konfranslar keçirilir. Heydər Əliyev milli idealogiyamızın banisi və yaradıcısıdır.azərbaycan və multikulturalizm mövzularnda keçirilən elmi metodiki konfranslarında məktəbin şagird,müəllim və valideyinləri ilə yanaşı təhsil prosesinin öyrədici, tərbiyə edici və inkişafetdirici xarakter daşıması üçün müəyyən tədbirlər keçirilir, müəllimlər, sinif rəhbərləri, məktəb psixoloqu, uşaq birliyi rəhbəri və digərləri yeniliklərlə tanış olur. İl ərzində təhsil prosesinə diqqətli nəzarət edirlər. Sinif rəhbərləri şagirdlərin dərsə davamiyyətinə birbaşa cavabdehlik və məsuliyyətlə yanaşırlar. Hər gün şagirdlərin davamiyyətinin uçotu aparılır və məktəb rəhbərliyinə təqdim olunur, faizlər çıxarılır. Şagirdlərin diaqnostik, formativ və summativ qu=iymətləri izlənilir. Hər hansı birçatışmamazlıq valideylərin və məktəb rəhbərliyinin nəzərinə çatdırılır. Bununla yanaşı onlar siniflərində təhsil alan hər bir şagirdin ailə vəziyyəti ilə maraqlanırlar. Maddi vəziyyəti çətin olan ailələrdən gələn uşaqlara xususi qayğı və diqqət göstərilir.
Dövlətimiz tərəfindən bizim üçün yaradılmış şərait nəticəsiz və cavabsız qalmamamlıdır.
Gənc nəslin daha bilikli, inteluktual səviyyəli, rəqabətə dözümlu vətədaş kimi yetişdirilməsində məktəbin rolunun böyük olması danılmazdır. Məktəbin rəhbəri və müəllimləri təhsil müəssəsində sağlam işgüzar mühütün olmasına, vətəndaşların məktəbə və müəllimlərə etimatının artırılmasına, məktəbin idarə olunmasında, valideynlərin və cəmiyyətin yaxından iştirak etməsinə şərait yaradırlar. İl ərzində məktəbdə keçirilən valideyn iclasları, kənd ictimaiyəti arasında aparılan təbliğatlar, yerli icra organları ilə sıx əlaqələrin qurulması, himayədar vətəndaşların məktəbə cəlb olunmasını buna nümunə göstərmək olar.
Məktəbin müəllimləri peşə fəaliyyətlərində vicdanlılığ, peşəkarlığ və fərdi məsuliyyəti,mədəni davranışları ilə seçilirlər.Hər il buraxılış və qəbul imtahanlarında daha yüksək nəticələri əldə olunması məktəb rəhbərliyi və müəllimləri üçün başlıca məqsədlərindən biridir.
İlqar qasımov adına Qaragünüy kənd 1 nömrəli tam orta məktəb fəaliyyəti yuxarıda qeyd olunan fikirlərlə bitmir. Kəndin gələcək nəslin formalaşmasında bu təhsil ocağının rolu vardır. Məktəbin rəhbərliyi, pedaqojı kollektivi gələcəkdə daha böyük uğurlara nail olmağı qarşılarına məqsəd qoymuşlar. Ulu Öndər Heydər Əliyevin müəllim haqqında səsləndirdiyi ən gözəl fikir “Mən dünyada, müəllimdən yüksək ad tanımıram” kəlamı ölkəmizin bütün müəllimləri kimi bizim məktəbində müəllim heyətinə şamil etmək olar.