Ordubadım

Ordubadım ORDUBADIM
Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki mən Azərbaycanlıyam🇦🇿
(251)

Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 864 km2-dir. Ordubadm salındığı dəqiq tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mə

nbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarnıı izləməyə imkan verir. Ordubadm yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur. XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinlərini Türkiyədən köməyə gələn Musa Kazım Qarabəkir Paşa başda olmaqla qəhrəman türk ordusu xilas etmişdir. Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları təəcübləndirmişdir. Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı Ä.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarmı bildirmişlər. Ördubad torpağı təkcə əsrarəngiz gözəlliyi ilə deyil, həm də məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri ilə də seçilib fərqlənmişdir. Məşhur astronom, alim, riyaziyyatçı, şair, dövlət xadimi Nəsirəddin Tusi Məhəmməd ibn Həsənin törəmələri hazırda Ordubadda yaşayırlar. Məşhur dövlət xadimi, şair, I Şah Abbasm baş vəziri olmuş Hatəm bəy Ordubadi də Tusi nəslinə mənsub olmuşdur. XIX əsrdə Nəcəf şəhərində yaşamış ayetollah Məhəmməd Əli Qələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı bir neçə cildli kitab bütün şərq aləmində məşhurdur. Ordubad torpağinin yetirmələri olan qırmızı diplomat İbrahim Əbilov Türkiyədə səfir işlədiyi illərdə Mustafa Kamal Paşa Atatürklə yaxmdan dostluq etmişdir. 1923-cü ilde Türkiyədə vəfat etmiş İ.Əbilovu M.K.Atatürk mumyalatdıraraq türk bayrağma bükdürüb türk əsgərinin müşayiəti ilə Azərbaycana yola salmışdır. Ordubad torpağımn daha bir yetirməsi olan general Novraz Rizayev ilk təhsilini Ordubadda almışdır. Roman janrının banilərindən olan məşhur Məmməd Səid Ordubadi, dünya şöhrətli alim, kimya elmi sahəsində yüksək kəşflər edən, 1941-45-ci illər müharibəsində hərbi sənayenin inkişafmda misilsiz xidmətlər göstəmiş Yusif Məmmədəliyev kimi ordubadlı alimlərin adları Azərbaycan adı ilə birgə çəkilməkdədir. Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və s. Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir. Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür... Ordubad dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Gəmiqaya Ordubad rayonu ərazisində - Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə yerləşir. Yal-çın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ Naxçıvanm hər yerindən aydın görünür. Təbiətin möcüzəli biçimində yaranmış Gəmiqaya, uzaqdan mavi səma fonunda bir növ dərin ümmanlara baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Kim bilir, bəlkə də ulu nəsillər belə zahiri oxşarlığa əsasən Qapıcıq zirvəsinə (Naxçıvan MR ərazisinin ən yüksək nöqtəsi - 3904 m) Gəmiqaya adı vermişlər. Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilmişdir Qoruq şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kesişdiyi yerdən başlayaraq şəhərin əsas küçələrini əhatə edir. Bu şəhərin tarixinə nəzər salarkən görürük ki, şəhər əsasən 5 böyük zonadan ibarətdir: 1. "Ambaras" (İbrahim Əbilov və Babək küçəleri) 2. "Kürdatal" (Əkbər Ağayev və M.Füzuli küçələri) 3. "Üçtürləngə"(Üçtürləngə küçəsi) 4. "Mingis" (Ümbül-Leyla və indiki Mingis küçələri) 5. "Sərşəhər" (Qaffar Babayev və Dədə Qorqud küçələri) Bundan başqa bu zonalarda nisbətən kiçik məhəllələr vardır: "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı", "Əsgərxan", "Varsan", "Körpübaşı", "Bəylər", "Meyrəmçə", "Peçi", "Düz", "Qoşqar", "Musa təngi". Ordubad rayonu ərazisində 41 orta məktəb, 4 doqquz illik, 5 natamam orta təhsil məktəbi, 5 əlavə qeyri tədris ocaqları fəaliyyət göstərir. Rayonda bir texniki peşə məktəbi vardır. Ordubadın küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir. Dəmiryol vağzalını şəhərin mərkəzi ilə birləşdirən əsas magistralda inzibati binalar, əsas ticarət və mədəni-iaşə obyektləri yerləşmişdir. Ordubadm yaşayış evlərinin memarlıq üslubu Azərbaycanın digər zonalarmm heç birində rast gəlinmir. Burada xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən evlərin planı çox rəngarəng və özünəməxsusdur. Ulu yaradan heç bir gözəlliyini Ordubaddan əsirgəməyib. Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, "Şıxı yurdu", "Qurban yurdu" və "Salabun"dan keçərək "Zəvvar" arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularmdan mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, ismətli, gözəl qızları, igid oğlanları qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh etmişdir. Şairanə aşırımlı qayalar, qoca çinarlar, qoz (cəviz) ağacları, həzin səsli bulaqlar, həsrət baxışlı "cənub" dağları, müəzzinin sübh tezdən sədalanan azan səsi ordubadlılara behiştin iyini hiss etdirir. Tarixə nəzər saldıqda aydın olur ki, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olmuşdur. Yerli əhali şəhərin mərkəzindən keçən "Dübəndi" çayından torpaq sahələrini suvarmaq üçün, bu çeşmələrin suyundan isə içmək üçün istifadə edirmiş, Ümumiyyətlə isə tarixən Ordubadda çeşmələr həmişə müqəddəs sayılmışlar. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur. Bütün çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilmişdir

Ordubad qədim tarixi və arxeoloji abidələrlə zəngin olan bir diyardır. Burada eramızdan əvvəl II və I minilliyə aid "Xaraba Gilan" tapmtıları, e.ə. III əsrin "Gəmi Qaya" ansamblı, orta əsrlərə aid "Kilit mağara"sı, XIV əsrin yadigarları "Mingis", "Came" məscidləri, XVII əsr abidəsi "Qeysəriyyə"-Zorxana, XVIII əsrə aid "Sərşəhər", "Təkeşiyi", "Üçtürləngə" məscidləri,XIX əsrin "Ordubad hamamı" və s. abidələr ulu keçmişimizin tarixi yadigarlandır. Ordubad şəhərində 3 muzey fəaliyyət göstərir: 1. M.S.Ordubadinin ev muzeyi - 1972-ci ildə yaranıb, 700-dən çox eksponatı var. 2. Akademik Y.Məmmədəliyevin ev muzeyi-1975-ci ildə yaranıb, 1800 eksponatı var. 3. Ordubad rayon Tarix-diyarşünaslıq muzeyi-1980-ci ilin dekabrmda yaranıb, 3500-ə qədər eksponat və fraqmentləri vardır. Hal-hazırda Ordubad şəhərində 3 böyük qəbiristanlıqdan ikisi "Qoç" və "Pireyvəz" qəbiristanlıqları sökülərək yerində başqa obyektlər tikilsə də "Malik İbrahim" qəbiristanlığı 2 ha sahəni əhatə etməklə şəhərin yuxarı hissəsinə yaxın Qara dağın ətəklərində yerləşmişdir. Burada bir məscid binası və cənuba doğru uzanan böyük bir qəbiristanlıq vardır. Ordubadlıların elm sahəsində xidmətləri böyük olmuşdur. Ordubaddan 365 nəfərdən çox alim çıxmışdır ki, onlardan Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü professor İsmayıl İbrahimov, akademik Müzəffər Abutalıbov, akademik Həsən Abdullayev, akademik Rəhim Rəhimov, professor Musa Rüstəmov, Əliqulu Fərəcov, Nəsib Məmmədov, AMEA-nm müxbir üzvü professor Sabit Kərimov, Əliqulu Ağalarov, Adil Ağalarov, H.Məmmədəliyev, S.Məmmədəliyeva, Azər Şəmsəddinski, professor Bahadur Baxşıyev, Həbib Məmmədəliyev, Qüdrət Axundov, İmran Mehdiyev, professor Çingiz Rəhimov, Nazim Rüstəmov, Nurməmməd Rəhimov, Oqtay Fərəcov, tarixçi professor İsmayıl Musayev, respublikamızı beynəlxalq təşkilatlarda layiqincə təmsil edən Ramiz Abutalıbov, tanınmış şərqşünaslar - Malik Mahmudov, Əbülfəz Əliyev, Əliyar Səfərli, Mehri Məmmədova, kimya elmləri namizədi Dilşad Yusifova, xalq artisti Kazım Ziya, yazıçı, jurnalist Əvəz Sadıq, Əjdər Xanbabayev, yazıçı Əkrəm Əylisli, ilk türkoloq alim Fərhad Zeynalov, əməkdar müəllimi Əkbər Məftun, və ümumiyyətlə 150-dən çox elmlər doktoru, professor, 220-dən çox elmlər namizədləri və xarici ölkə universitetlərinin elmi adını alan ordubadlı alimlər Azərbaycanm fəxridirlər. Adını çəə bilmədiklərimdən üzr istəyirəm. Ordubadlılar elmlə ciddi çalışdıqları kimi digər sahələrdə xüsusilə əkin-biçin işlərində zəhmətsevərdirlər. . Ordubad əriyinin, şaftalısının dünyada misli-bərabəri yoxdur. Abutalıbı, badamı, şalağı, lumu, ərik, ağ ərik, növrəste, bal yarım ərik, şaftalı, nazlı, güştü, hulu, səlamu, şərəlli, tərəlli, qərəlli, tüklü şaftalı, tüksüz şaftalı və s. Ordubad təbii sərvətləri, gur kəhrizləri, çeşmələri, gözəl təbiəti ilə yanaşı keyfiyyətli ipəyi ilə də tanınmışdır. Ordubadlı mərhum yazıçı Əliqulu Fərəcov Ordubadı Azərbaycanın ipəkçilik beşiyi adlandırmışdır.

15/06/2026

“Cənnətin İqamətgahı” sənədli filminin rejissoru Kamran Qasımov: “Birinci Qarabağ Müharibəsində Ordubad əhalisi dağlarda keşik çəkirdi

14/06/2026

ORDUBAD LUMUSU SATIŞI MÖVCÜDDUR,İSTƏYƏN OLSA ƏLAQƏ SAXLASIN ÇATDIRILMA VAR (kargo) İSTƏNİLƏN BÖLGƏYƏ

+994 50 885 78 92 Vüsal

“Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıbDaxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən...
13/06/2026

“Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən əvvəlcədən hazırlanmış təhlükəsizlik planına uyğun olaraq paytaxt və bölgələrdə xidmət gücləndirilmiş rejimdə təşkil olunub, polis naryadlarının sayı artırılıb.

Polis əməkdaşları tərəfindən ictimai asayişin qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və məzunların rahat hərəkətinin təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Görülən kompleks tədbirlər nəticəsində “Son zəng” günü ilə bağlı keçirilən tədbirlər təhlükəsiz şəraitdə başa çatıb.

Daxili İşlər Nazirliyi dəstəyə və əməkdaşlığa görə valideynlərə, təhsil ictimaiyyətinə, məktəb kollektivlərinə və vətəndaşlara təşəkkür edir, məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzulayır.

12/06/2026

HAL HAZIRDA DÜBƏNDİ ÇAYINA GƏLƏN SEL İNŞALLAH XƏTASIZ BƏLASIZ OLAR ÇAY KƏNARINDA YAŞAYANLAR DİQQƏTLİ OLUN GÜCLÜ İSTİ KEÇƏN HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR DAĞLARDA QARLARIN ƏRİMƏSİ SÜRƏTLƏNİB

12/06/2026

HAL HAZIRDA ORDUBADDA HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR GÜCLÜ YAĞIŞ VƏ DOLU MÜŞAİDƏ OLUNUR, İNŞALLAH XƏTASIZ BƏLASIZ OLAR

12/06/2026

DİN “Son zəng” günü ilə bağlı çağırış edir

Əziz məzunlar və valideynlər

“Son zəng” sevincini təhlükəyə çevirməyin. Sürücülük hüququ olmadan avtomobil, moped və ya motosiklet idarə etmək, eləcə də nəqliyyat vasitəsini belə şəxslərə etibar etmək həm qanun pozuntusudur, həm də insan həyatı üçün ciddi risk yaradır.

Valideynlərdən övladları üzərində nəzarəti gücləndirmələri, məzunlardan isə məsuliyyətli davranmaları xahiş olunur. Bir günün ehtiyatsızlığı ömürlük peşmançılığa səbəb ola bilər.

Bütün məzunları “Son zəng” münasibətilə təbrik edir, onlara sağlam, təhlükəsiz və uğurlarla dolu gələcək həyat arzulayırıq. Qoy bu əlamətdar gün xoş xatirələrlə yadda qalsın və yeni həyat mərhələsinə inamla addım atmalarına başlanğıc olsun.

09/06/2026

Zəngəzur Milli Parkının sakinləri olan bezoar keçiləri balaları ilə birlikdə sıldırım qayaları kəşf etməyə çıxıblar. Kiçik balalar analarının ardınca addımlayaraq dağların sərt və çətin keçilən ərazilərinə uyğunlaşmağı öyrənirlər.

BİLDİRİŞ!Əziz yerlilərimiz nəzərinizə çatdırmaq istəyirik ki, Ordubad şəhərindən hamımızın yaxından tanıdıgı eldar insan...
09/06/2026

BİLDİRİŞ!

Əziz yerlilərimiz nəzərinizə çatdırmaq istəyirik ki, Ordubad şəhərindən hamımızın yaxından tanıdıgı eldar insan QULİYEV FİRİBƏZ MƏHƏMMƏD OGLU (PİRİ BABA) Bakı şəhərində dünyasını dəyişib, Allah qəni-qəni rəhmət eləsin! Mərhumun cənazəsi bu gün saat 12.00 da Neftçilər metosundan yuxarı Start idman kompleksinin yanında yerləşən Sahib-Zaman məscidinə gətiriləcək və oradan götürülüb saat 13.30 da Məhəmmədidə yerləşən Ordubadlılar məzarlıgında dəfn olunacaq!
Övladları Elmar, Elburus və Elnur Quliyevlərə, bütün yaxınlarına-dostlarına dərin hüznlə baş saglıgı veririk, Allah PİRİ BABAYA, Atası Məhəmməd dayıya, anası Xanım xalaya və bu tayfadan köçən bütün qohumlarına qəni-qəni rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun inşallah🙏🙏🙏

Təhsil naziri Ordubadda 300 bal toplayan məzunlarla görüşübNaxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov b...
06/06/2026

Təhsil naziri Ordubadda 300 bal toplayan məzunlarla görüşüb

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov buraxılış imtahanında 300 bal toplayan Aşağı Əylis və Düylün kənd tam orta məktəblərinin məzunları Ayxan Babazadə və Əhməd Hüseynovla görüşərək onları təbrik edib.
Görüş zamanı Elxan Nəcəfov gənclərin əldə etdikləri uğurun həm ailələri, həm müəllimləri, həm də rayonun təhsil ictimaiyyəti üçün qürur mənbəyi olduğunu bildirib.
Nazir qarşıdan gələn blok imtahanlarında da hər iki məzunun yüksək nəticələr göstərəcəyinə inandığını vurğulayıb.
Görüşün sonunda məzunlara gələcək təhsil həyatlarında uğurlar arzulanıb, onların nailiyyətlərinin digər şagirdlər üçün də nümunə olduğu qeyd edilib.

06/06/2026

NAXÇIVANDA ÜÇ MİN İLƏ YAXIN YAŞI OLAN DAŞ KİTABƏ HÜSEYİN CƏFƏROV TƏRƏFİNDƏN AŞKARLANIB

Address

Ordubad Naxçıvan Azərbaycan
Ordubad
6900

Alerts

Be the first to know and let us send you an email when Ordubadım posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ordubadım:

Share

Category