04/05/2026
30 aprel – 3 may tarixlərində Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa Kuboku uğurla başa çatdı.✅
Tədbirin təşkilatçısı olaraq Tadbirchi Event Organizer Group( )komandası bu mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün böyük məsuliyyət və peşəkarlıqla çalışdı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri, həmçinin Olimpiya və ikiqat dünya çempionu Alina Kabaeva final günü yarışları izlədilər.Onların iştirakı bu tədbirə xüsusi əhəmiyyət qatdı və bizim üçün böyük qürur mənbəyi oldu.🤩
Bu layihə bir daha göstərdi ki, düzgün planlama, güclü komanda ruhu və ortaq məqsəd olduqda ən yüksək nəticələrə nail olmaq mümkündür. Qarşıda bizi daha böyük layihələr və yeni uğurlar gözləyir. ✨