Ritual Art Space

Ritual Art Space Ritual İncəsənət Məkanı: Yaradıcılığın icma ilə görüşdüyü yer.

AZ/ RU / ENKatsura Kan tərəfindən keçirilən 4 günlük intensiv ustad dərsi Butohun fiziki və fəlsəfi əsaslarını araşdırır...
20/04/2026

AZ/ RU / EN

Katsura Kan tərəfindən keçirilən 4 günlük intensiv ustad dərsi Butohun fiziki və fəlsəfi əsaslarını araşdırır və onu bədənin daxili transformasiya prosesi kimi təqdim edir. Təlim zamanı iştirakçılar bədən və şüur əlaqəsini, səssizlik və boşluğun gücünü, həmçinin işıq, ritm və məkanın təsirini praktik olaraq öyrənirlər.

1970–80-ci illərin avanqard səhnəsində formalaşmış Katsura Kan müasir Butohun aparıcı nümayəndələrindən biridir və yaradıcılığında rəqs, rejissura, xoreoqrafiya və musiqini birləşdirir. Onun yanaşması ənənəni müasir performansın əsas mənbəyi kimi görür.

Bakıda Katsura Kan ilə keçiriləcək 4 günlük intensiv təlim Butohun həm fiziki, həm də fəlsəfi qatlarını açaraq iştirakçıları ənənə və müasirlik arasında körpü qurmağa dəvət edir.

Qeydiyyat və ətraflı məlumat üçün əlaqə:
+994 55 514 69 89

4-дневный интенсив под руководством Кацуры Кана исследует физические и философские основы буто, рассматривая его не только как технику движения, но как процесс внутренней трансформации. Участники будут работать с связью тела и сознания, понимать выразительную силу тишины и пустоты, а также исследовать влияние света, ритма и пространства через практику.

Сформировавшийся в авангардной сцене 1970–80-х годов, Кацура Кан является одним из ведущих представителей современного буто, объединяя танец, режиссуру, хореографию и музыку в единый перформативный язык. Его подход рассматривает традицию как основу современного перформанса.

4-дневный интенсив в Баку приглашает участников раскрыть физические и философские аспекты буто и выстроить мост между традицией и современностью.

Регистрация и подробная информация:
+994 55 514 69 89

🎬 Kinoda Qadın ArxetipləriEkranda gördüyümüz qadın obrazları təsadüfi deyil. Onların arxasında minilliklərə dayanan mifl...
17/04/2026

🎬 Kinoda Qadın Arxetipləri

Ekranda gördüyümüz qadın obrazları təsadüfi deyil. Onların arxasında minilliklərə dayanan miflər, tarix və cəmiyyət dayanır.

22 aprel, saat 19:00-da keçiriləcək görüşdə kinoda tez-tez rast gəlinən 4 fərqli qadın arxetipi və onların
🔸 mifik mənşəyi
🔸 tarixi transformasiyası
🔸 müasir kinodakı rolu müzakirə olunacaq.

🎤 Təqdimat: Səlim Xəyal
📍 Məkan: Ritual Teatr və Yaradıcılıq Laboratoriyası

🔹 Giriş sərbəstdir
🔹 İştirak üçün qeydiyyat mütləqdir. (link bio-dadır).
🔹 İanə əsaslı iştirak təşviq olunur.
🔹 Müzakirə 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

COP29 zamanı inkişaf etdirilən uğurlu portfelə əsaslanaraq, Ritual Teatrı , British Council ilə əməkdaşlıq edərək, üç gü...
18/02/2025

COP29 zamanı inkişaf etdirilən uğurlu portfelə əsaslanaraq, Ritual Teatrı , British Council ilə əməkdaşlıq edərək, üç gün ərzində keçirilən “Bakının Əriyən Qar Hekayələri” (Baku Stories of Melting Snow) sənədli teatr workshop proqramı çərçivəsində yaradılan güclü sənədli performansı nümayiş etdirdi.

“Echoes of the Rising Tide: A Site-Specific Theatre on Climate Change” layihəsinin bir hissəsi olaraq, 15 istedadlı iştirakçı iqlim dəyişikliyi mövzusunda maarifləndirmə yaratmaq üçün hekayə anlatma gücünü araşdırdı. Sebastian Harcombe (🇬🇧SECRET/HEART Theatre) və (Ritual Teatrının təsisçisi) rəhbərliyindəki bu workshop, sənət ifadəsini və ekoloji şüuru təşviq etdi.
Ambassador Fergus Auld-un ( .auld ) mükəmməl şəkildə dediyi kimi:
“Bu layihə tək bir performansla bağlı deyil – bu, davamlı söhbətlər və əlaqələr qurmaqla bağlıdır. British Council-in COP29 üçün sənət portfelinin bir hissəsi olaraq, yaradıcı sənaye sahələrinin iqlim dəyişikliyinə necə töhfə verə biləcəyini, yeni auditoriyaları və müxtəlif icmaları cəlb edəcəyini vurğulayır.”

Aktyorlarımızın müxtəlif millətlərdən, yaş qruplarından və etnik mənşələrdən olması, qar və iqlim dəyişikliyi mövzusunda zəngin bir baxış bucaqları təqdim etməyə imkan verdi. Bu müxtəliflik, mövzunu bir neçə ölçüdə təqdim etməyimizə və hekayəni zənginləşdirməyimizə şərait yaratdı. Bu təşəbbüs, yaradıcılığın necə söhbətlər başlatmaq və davamlı bir gələcək formalaşdırmaqda təsirli ola biləcəyinin bir sübutudur!

Sizi Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təqdim etdiyi “Bakının Əriyən Qar Hekayələri” adlı məkan əsaslı sənəd...
07/02/2025

Sizi Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təqdim etdiyi “Bakının Əriyən Qar Hekayələri” adlı məkan əsaslı sənədli teatr ustad dərslərinin yekun nümayişinə dəvət edirik!

Bu unikal tamaşa-təqdimat teatrın gücündən istifadə edərək ətraf mühit və iqlim dəyişikliyi mövzularını işıqlandırır. British Council-in dəstəyi və Secret Heart Theatre Company (UK) ilə əməkdaşlıq çərçivəsində hazırlanmış bu layihə, sənət və iqlim məsələlərinin kəsişməsində dayanır.

COP29 çərçivəsində təqdim olunan ustad dərslərinin yekun nümayişi iqlim böhranı ilə bağlı innovativ həllərin və müzakirələrin aparılmasına töhfə verməyi hədəfləyir. British Council, incəsənət və mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə oynadığı mühüm rolu vurğulamaqla yanaşı, iqlim təşəbbüslərini davam etdirməkdə qərarlıdır.

İqlim dəyişikliyinə sənət və mədəniyyətin yanaşmasını araşdıran bu işdə siz də bizimlə olun!

Qeydiyyat linki BİO' da yerləşdirilib.

📍 Tədbir yeri: Ritual Teatr (Murtuza Muxtarov 17)
📅 Tarix və saat: 11 fevral, saat 15:00

Bakıda azərbaycanlı, ukraynalı və əfqan məcburi köçkün qadınların təsirli hekayələrini nümayiş etdirən “Miqrant gündəlik...
26/01/2025

Bakıda azərbaycanlı, ukraynalı və əfqan məcburi köçkün qadınların təsirli hekayələrini nümayiş etdirən “Miqrant gündəlikləri” sərgisi keçirilib.

Qeyd edək ki, sərgidən əvvəl vorkşoplar baş tutub. Sərgidə gənc vizual rəssamların bu hekayələrdəki gücü və insanlığı göstərən foto və video instalyasiyaları yer alıb.

Sərgi və vorkşoplar Ritual Art Space' də birgə əməkdaşlıqla baş tutub. Biz birlikdə incəsənətin necə anlayış yarada biləcəyini və dəyişikliyə ilham verə biləcəyini göstəririk.

Storytelling texnikası ilə bullinq təlimi keçirildi🤩İlk olaraq uşaqlara bullinq barədə məlumat verilmiş, daha sonra heka...
21/01/2025

Storytelling texnikası ilə bullinq təlimi keçirildi🤩

İlk olaraq uşaqlara bullinq barədə məlumat verilmiş, daha sonra hekayə yazılması texnikası öyrədilmişdir. Bullinq hekayələri pozitiv və neqativ formalarda yazaraq 2 qrupa ayırılmışdır. Eyni zamanda uşaqlarla birgə müzakirələr aparılmışdır.

Nümayiş Qvineya-Bisaun qadınlarının cəsur hekayələrini əks etdirir. Nərgiz Cəfərovanın moderatorluğu ilə aparılan nümayi...
12/01/2025

Nümayiş Qvineya-Bisaun qadınlarının cəsur hekayələrini əks etdirir.

Nərgiz Cəfərovanın moderatorluğu ilə aparılan nümayişdə biz Qərbi Afrikanın Qvineya-Bisau ölkəsində baş verən və burada yerli qadınların patriarxal normalara qarşı cəsarətli mübarizəsini izləyirik.

Onlar qadın sünnətinə və məcburi evliliklərə qarşı çıxaraq sosial ənənələrə meydan oxuyurlar.

Heç bilirsiniz ki, “Qazların səyahət planı” baş tutub???🤩Hə, həə… 🦢Onlar səyahət ediblər. Və bizim dostlarımız da “Qazla...
03/01/2025

Heç bilirsiniz ki, “Qazların səyahət planı” baş tutub???🤩

Hə, həə… 🦢
Onlar səyahət ediblər. Və bizim dostlarımız da “Qazların səyahət planı” kitabını hazırlayıblar.

21 sentyabr tarixində Gəncədə yerləşən Bookzone’da kitabımız nümayiş olundu. Kitabda əməyi olan Yevlax rayon Rüstəmli kənd məktəbinin şagirdləri ilə görüşdük. Onlar ilə birgə Fatma Həmzəyevanın təşkilatçılığı ilə masterklass keçirtdik🎁

“Qazların səyahət planı” müxtəlif siniflərdən olan 12 şagirdin iştirak etdiyi bullinq hekayələri vorkşopunda keçirilmiş, uşaqlar bullinq və onun növləri haqqında öyrənmiş və daha sonra öyrəndikləri biliklərə əsaslanaraq onların məktəblərinə girən 5 qazın hekayəsini yaratmışlar. Hadisələr Yevlax rayonunda baş verir. Qazların obrazları uşaqlar tərəfindən yaradılaraq vahid sujet xətti əsasında Coğrafiya dərsində baş verən hadisələri əhatə edir. Və həmin şagirdlər Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının heyəti ilə birlikdə kitabın həmmüəllifləridirlər.
az
Dəstəyə görə təşəkkür edirik!

.aliyeva

19 oktyabr tarixində Ubuntu Sosial İş Assosiasiyasının () Sosial İş və İncəsənət adlı təlimi baş tutmuşdur🤩Birgə təşkila...
12/12/2024

19 oktyabr tarixində Ubuntu Sosial İş Assosiasiyasının () Sosial İş və İncəsənət adlı təlimi baş tutmuşdur🤩

Birgə təşkilatçılıqla baş tutan təlimdən foto görüntüləri sizinlə paylaşırıq📌

"Unite For Bissau" adlı film nümayişi keçiriləcək🎥Nümayiş Qvineya-Bisaun qadınlarının cəsur hekayələrini əks etdirir. Bu...
03/12/2024

"Unite For Bissau" adlı film nümayişi keçiriləcək🎥

Nümayiş Qvineya-Bisaun qadınlarının cəsur hekayələrini əks etdirir. Bu təsirli hekayə bizi Qərbi Afrikanın Qvineya-Bisau ölkəsinə aparır və burada yerli qadınların patriarxal normalara qarşı cəsarətli mübarizəsini izləyirik. Onlar qadın sünnətinə və məcburi evliliklərə qarşı çıxaraq sosial ənənələrə meydan oxuyurlar.

▪️Filmin dili: Portuqal (İngilis dilli alt yazılarla tərcümə olunacaq)
▪️Məkan: Ritual Art Space (59 Suleyman Taghizadeh St, Baku)
▪️Tarix: 10.12.2024, 19:00

📞İştirak ödənişsizdir. Mütləq öncədən yerlər bron bron edilməlidir. +994773034253 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

"Emilya, nə deyirsən?" tamaşası yenidən nümayiş edildi🎬Heyətimizə və iştirak edən hər kəsə sonsuz təşəkkürlərimizi bildi...
01/12/2024

"Emilya, nə deyirsən?" tamaşası yenidən nümayiş edildi🎬

Heyətimizə və iştirak edən hər kəsə sonsuz təşəkkürlərimizi bildiririk!

Dramaturq və aktyor: Zərif Bəkirova
Rejissor: Aynur Zərrintac
Texniki məsələlər və dizayn üzrə məsul şəxs:
Musiqi: Nigar Süleymanova
Epizodik rol: Pərviz Soltanlı

Akytor və aktrisalar:
Fidan Qasımova
Eltac Ələkbərli .alaki
Fidan Hüseynzadə
Arzu Əmiraslanova


Address

Suleyman Taghizade 59
Baku

Alerts

Be the first to know and let us send you an email when Ritual Art Space posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share