05/09/2026
Ölkəmizdə 3-cü dəfə keçirilcək Təchizat Zənciri Liderləri Zirvəsi "Dəyər yaradan zəncir" konsept mesajı ilə 20-21 noyabr 2026-cı il The Ritz-Carlton Bakuda, Facemark , CIPS - The Chartered Institute of Procurement & Supply - CIPS Azərbaycan branch və Admedia ilə birgə təşkilatçılığı sayəsində baş tutacaq!
Bu gün satınalma və təchizat zənciri yalnız məhsulun, xidmətin və ya resursun bir nöqtədən digərinə çatdırılmasını təmin edən proses deyil. O, bizneslərin davamlılığını, rəqabət qabiliyyətini və gələcək inkişafını müəyyən edən strateji bir sahəyə çevrilib.
Məhz bu yanaşma ilə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsi 2026 “Dəyər yaradan zəncir” konsept mesajı ilə sektorun aparıcı nümayəndələrini, peşəkarları və qərarvericiləri bir araya gətirəcək.
Zirvə çərçivəsində satınalma və təchizat zəncirinin dəyişməsi, rəqəmsallaşma, texnologiyanın yaratdığı yeni imkanlar, risklərin idarə olunması, effektiv planlaşdırma, dayanıqlılıq və gələcəyin təchizat modelləri ətrafında aktual müzakirələr aparılacaq.
Gəlin, birlikdə sadəcə bir zəncir deyil, dəyər yaradan zəncir formalaşdıraq.
📌Bilet sifariş etmək üçün rəy bölməsinə + yazmağınız kifayətdir.
📅 Tarix: 20-21 Noyabr | 09:00–18:00
📍 Məkan: The Ritz-Carlton Baku
📱 051 316 51 18