18/01/2018
Yenicə nişanlanmısız?
Təbriklər! Artıq toy üçün plan hazırlamağın əsl vaxtıdır.(toy tarixinin uzaqlığı sizi arxayın salmasın, inanın ki, sonda vaxt azlığından şikayət edəcəksiniz.) To do listini hazırlayarkən əsas toy büdcəsinə qərar verməlisiniz. Toy büdcəsində nəzərə alacağınız əsas nüanslar:
1.Qonaq sayını müəyyənləşdirməlisiniz. (təxmini də olsa) Bunun üçün ölkəmizdə mövcud ənənəyə əsasən qız və oğlan toyunun birgə yaxud ayrı olacağına dair təbii ki qərar verilməlidir.
2.Qonaq sayına və sizin tələblərinizə cavab verən məkan araşdırmalısınız. Təbii ki, məkan seçərkən toy tarixinin reallaşacağı fəsili də nəzərə almalısınız.
P.S Günümüzdə təəssüf ki, 99% məkan seçimi, şadlıq sarayları olur. Açıq havada, minimal məbləğlə toy reallaşdırmaq gənclərimizdə hələ ki, arzu olaraq qalır. (buna gələcək postlarımızda daha geniş toxunacağıq.)
3. Toy libasınız üçün müəyyən məbləğ nəzərdə tutmalısınız. (bəylik və gəlinlik üçün)
4. Adət-ənənə üzrə qızıl (qiymətli bəzək aksesuarları) alışı. Bu mövzudə məbləğ təbii ki, sizdən və partnorunuzdan asılıdır. İsrafa qaçmamaqla siz toydan sonra bal ayınız üçün daha yaxşı təklifi dəyərləndirə bilərsiniz.
5. Bal ayı üçün nəzərdə tutulmuş büdcə. Bunun üçün daha yaxşı olardı ki, minimum 6-9 ay öncədən araşdırma aparıb bron edəsiniz, beləcə qiymətlərdə qənaət etmiş olacaqsınız.
6. Toydan sonra yaşayacağınız evin (kirayə yaxud şəxsi) birgə yaşayış üçün lazimi əşyalarla təmin edilməsi. Amma ailənizlə birgə yaşayacaqsınızsa bu büdcə müəyyən qədər kiçilə bilər, təbii ki burda da cehiz mövzusu qabarılmazsa.