Azerbaijan State Academic Philharmonic Hall

Azerbaijan State Academic Philharmonic Hall M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası During the Russian Civil War it served as a place for public rallies.

The Azerbaijan State Philharmonic Hall was constructed throughout 1910–1912 at the request of the city elite and designed by the architect Gavril Ter-Mikelov in the Italian Renaissance (exterior) and German Rococo (interior) styles. Its design was inspired by the architectural style of buildings within the Monte-Carlo Casino, particularly l'Opéra de Monte-Carlo. The society (known as the Summer Ce

ntre for Public Gatherings prior to 1936) was originally organized as a club for the wealthy of Baku, who attended it for banquets and entertainment. In 1936, the club was reorganized into a residence for the Philharmonic society aimed at promoting Azerbaijani classical and folk music. On 11 August 1937 after the building underwent renovation it was named after composer Muslim Magomayev. In 1995, the hall was closed down for the more than 8 years for another renovation. However no restoration works were performed for the most part of that period, much to the discontent of many residents of Baku. Azerbaijan's Minister of Culture explained such delay by the fact that underground waters had damaged the base of the building over time. Nevertheless there were reports (mainly in the opposition media) that the money provided for the renovation by the government or donated by various prominent musicians (such as Mstislav Rostropovich, a Baku native) was largely misappropriated by the bureaucrats and officials who were in charge of funding the project. It was not until November 2002 that the restoration works resumed due to President Heydar Aliyev's special decree. The opening of the fully renovated building took place on 27 January 2004

11 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Nəzakət Teymurovanın solo konserti ba...
13/06/2026

11 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Nəzakət Teymurovanın solo konserti baş tutdu.

Konsertdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı Dövlət Kamera Orkestri iştirak edib. Gecədə həmçinin "Xarıbülbül" muğam qrupu (bədii rəhbər Əməkdar artist Əliağa Sədiyev) - Azərbaycan Respublikasının Əməkdar artistləri Xəyyam Məmmədov (kamança), Şirzad Fətəliyev (nəfəs alətləri), Çinarə Heydərova (qanun), Kamran Kərimov (nağara), Qalib Həşimov (ud), Eyvaz Həşimov (qoşa nağara), Hüsaməddin Əzizov (bəm nağara) və Prezident təqaüdçüsü Cəmil Sədizadə (piano) çıxış ediblər.
Musiqi proqramında Azərbaycan xalq mahnıları və təsnifləri səsləndirilib. Əsərlərin orkestr üçün işləmələri görkəmli bəstəkarlar Fikrət Əmirov, Cahangir Cahangirov və Ceyhun Allahverdiyev tərəfindən hazırlanıb.
Nəzakət Teymurovanın yüksək sənətkarlıqla təqdim etdiyi muğamlar, xalq mahnıları və təsniflər musiqisevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Milli musiqi ənənələrinin zənginliyini nümayiş etdirən konsert dinləyicilərə unudulmaz musiqi axşamı bəxş edib.

Balakəndə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının qastrol konserti keçiriləcəkAzərb...
11/06/2026

Balakəndə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının qastrol konserti keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.
Layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iyunun 12-si saat 18:00-da Balakən rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçiriləcək.
Qeyd edək ki, qastrol layihəsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qa...
11/06/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.

Layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iyunun 10-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində geniş konsert proqramı ilə çıxış edib.

Orkestr Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirib.

Proqramda Ü.Hacıbəyli “Arazbarı”, A.Məlikov “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, F.Əmirov “Mən səni araram”, “Min bir gecə” baletindən “Şəhriyarın bayramı” və final səhnəsi, Q.Qarayev “Yeddi gözəl” baletindən “Vals”, A.Rzayev “Düşüncə”, V.Montinin “Çardaş”, T.Quliyev “Sevgi valsı”, M.Mirzəyev “Azərbaycan rəqsi”, S.Ələsgərov “Şalaxo”, eləcə də H.Rzayevin “Çahargah rapsodiyası” təqdim olunub.

Orkestrin böyük şövqlə ifa etdiyi bütün musiqi nömrələri alqışlarla qarşılanıb. Konsertdə Əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayev və tarzən Səxavət Məmmədov iştirak edərək maraqlı musiqi proqramı təqdim ediblər.

Qeyd edək ki, qastrol layihəsi paytaxt və bölgələri vahid mədəni proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli təşəbbüs kimi həyata keçirilir.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda çıxış edəcək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin...
09/06/2026

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda çıxış edəcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı iyun ayında da davam edir.
Layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iyunun 10-da Xızı şəhərində geniş konsert proqramı ilə çıxış edəcək.
Saat 14:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək.
Qeyd edək ki, qastrol layihəsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir. Paytaxt və bölgələri vahid mədəni proqram çərçivəsində birləşdirən layihə böyük rəğbətlə qarşılanır.

08/06/2026
29 may “90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəy...
05/06/2026

29 may “90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti solist - Elvin Hoca Qəniyev (violin) rəngarəng konsert proqramı təqdim etdi.
Aşağıdakı linkə daxil olaraq konserti yenidən izləyə bilərsiz!

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 il...

22 may M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “90 illik irs” adlı yubiley konsertlər silsiləsi çə...
05/06/2026

22 may M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistləri - Əməkdar artistlər Əyyub Əliyev (violonçel) və Nicat Salmanov (fleyta), Nəcəf Vəliyev (trumpet), Nemət Tanrıverdiyev (trombon), Zərrin Əliyeva (violin), Kənan Məmmədzadə (violin), Xədicə Hacılı (violin) dinləyicilər qarşısında çıxış edib.
Konserti yenidən izləmək üçün aşağıdakı Youtube linkinə keçid edə bilərsiz!

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 il...

21 may M.Maqomayev adına Azərbaycan Akademik Filarmoniyasının səhnəsində XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində b...
05/06/2026

21 may M.Maqomayev adına Azərbaycan Akademik Filarmoniyasının səhnəsində XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində baş xormeyster, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsertində xor nömrələri ilə yanaşı, bir sıra solistlərin - Əməkdar artist Tural Ağasıyev, İntiqam Allahverdiyev, Məhsəti Cabbarova, Nərmin Abdullayeva, Sevda Hüseynova, Günel Əsədova, Talıb İsgəndərli, Emin Məmmədov, İsmayıl Əsədli, Leyla Aslanova, Adil Baxışlı, Kamilla İmanova, Nigar Əsgərova və Leyla İbrahimova (konsertmeysterlər Rəcəb Zeynalov, Svetlana Əhmədova, Tofiq Şıxıyev, Mehin Zalıyeva, Elvin Əliyev və Dilarə Kərimova, Seymur Mürsəlov (tar), Fariz Hüseynov (kamança), Cəfər Həsənovun (nağara)) çıxışı proqramı daha da rəngarəng etdi.

https://youtu.be/1_-_zd2KWjI?si=HkBVcgI4jo0I5uLZ

https://youtu.be/1_-_zd2KWjI?si=TQWydjgZfn_mmI15

13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində konsertAzər...

10 may M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 10...
05/06/2026

10 may M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramını Youtube kanalımıza daxil olaraq izləyə bilərsiz!

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr ...

3 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Uşaq Dünyası” Beynəlxalq Musiqi Festivalının yekun...
05/06/2026

3 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Uşaq Dünyası” Beynəlxalq Musiqi Festivalının yekun konserti baş tutdu. Festival günləri ərzində müxtəlif musiqi kollektivləri və gənc istedadlar öz çıxışları ilə dinləyicilərə unudulmaz anlar yaşadaraq sənət bayramına xüsusi ovqat bəxş etdilər.
Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə heyəti çıxış edirdi.Dirijorlar Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist İlahə Hüseynova idi.
Konsert proqramında həmçinin Uşaq İncəsənət Festivalının qalibləri, eləcə də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xanəndəlik sinfinin istedadlı şagirdləri iştirak etdilər.
Proqramda Ü.Hacıbəyli “Cəngi”, Ş.Kərimov “Gecələr”, S.Ələsgərov “Tarantella”, F.Əmirov “Kor ərəbin mahnısı”, H.Rzayev “Çahargah” rapsodiyası, eləcə də muğam və xalq mahnıları təqdim olundu.
Konsertdə Asim Pirizadə (balaban), Mikayıl Zeynallı (kamança), Nihad Ağayarov (xanəndə), Həqiqət Əliyeva (Şəki, saz), Eynulla Dadaşlı, Mələkxanım Əsgərova, Rüfət Axundov, Rəşad Əlizadə (Xankəndi, nağara), Calal Şahbətdinov (tar), Çiçək Əhmədzadə, Aysu Məmmədli, Turan Dadaşov, Zəfər Fərzəliyev (Qobustan, violin, violin, violin, nağara), Turan Qədimov, Əhəd Ağayev və Cavidan Niftəliyev (xanəndə) çıxış etdilər.
Konsert çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Nağaraçılar Ansamblı da (bədii rəhbər Mahmud Salah, dirijor Nisə Salah, konsertmeyster Ağarəhim Salah) dinləyicilərə maraqlı proqram təqdim etdilər.
Festivalın sonunda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə gənc iştirakçılara diplomlar təqdim edərək, festival iştirakçılarını təbrik etdi.
“Uşaq Dünyası” Beynəlxalq Musiqi Festivalı bir daha göstərdi ki, gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılması, onların sənətə marağının artırılması və istedadlarının dəstəklənməsi gələcəyin formalaşdırılmasında mühüm rol oynayır.

Address

İstiqlaliyyat 10
Baku
1001

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

0124972904

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan State Academic Philharmonic Hall posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerbaijan State Academic Philharmonic Hall:

Share