Təhsilin İnkişafı Forumu

Təhsilin İnkişafı Forumu Təhsilin İnkişafı Forumu 14 noyabr 2025-ci ildə “Təhsilin İnkişafı Forumu 2025” baş tutacaq.

Forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsilin İnkişafı Fondu və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə keçiriləcək. Artıq üçüncü ildir təşkil olunan Forum ilk dəfə 2023-cü ildə “Təhsildən tərəqqiyə”, 2024-cü ildə isə “Tərəfdaşlıqdan tərəqqiyə” devizi altında reallaşıb. Bu illər ərzində Forum təhsil ekosistemində innovativ yanaşmaların müzakirəsi, universitet-sənaye əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Təhsilin, texnologiyanın və iqtisadiyyatın inteqrasiyasına həsr olunmuş Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsept mesajı ilə keçiriləcək. Forum çərçivəsində rəqəmsallaşmanın təhsil sisteminə gətirdiyi imkanlar və çağırışlar, həmçinin dövlət-özəl sektor əməkdaşlığının yeni istiqamətləri müzakirə olunacaq. Forumun proqramına 3 panel müzakirəsi daxil edilib. Ümumilikdə 3 məruzəçi, 3 moderator və 15 spikerin iştirakı gözlənilir. Panelist və məruzəçilər sırasında yerli və beynəlxalq şirkət rəhbərləri, nüfuzlu ekspertlər və qabaqcıl ali təhsil müəssisələrinin nümayəndələri yer alacaq. Forum beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıqların müzakirəsi baxımından da əhəmiyyətli platforma rolunu oynayacaq.

Address

Gülüstan Sarayı
Baku

Telephone

+994125991209

Website

Alerts

Be the first to know and let us send you an email when Təhsilin İnkişafı Forumu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Təhsilin İnkişafı Forumu:

Shortcuts

Share

Category