23/12/2022
Bugün Fitzona sosial layihəsinin təsisçisi Tamerlan Vahabovun ad günüdür. Fitzona ailəsi adından onu təbrik edir və işlərində uğurlar arzulayırıq.
Hal hazırda Tamerlan Vahabov Ukraynanın 🇺🇦 Daxili İşlər Nazirinin müşaviri, nazirlikdə İslahatlar İdarəsinin rəhbəri vəzifəsində çalışır.
T.Vahabov 1982-ci ildə anadan olub,1998-2002-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Hüquq, 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə bakalavr, 2007-2010-cu illərdə ABŞ-ın Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbində İqtisadiyyat və beynəlxalq münasibətlər, ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbində Müdafiə məsələlərinin planlanması və təhlili üzrə magistr təhsili alıb.
O, 2002-2012-ci illərdə Daxili İşlər Nazirliyində BMT-nin İnkişaf Proqramının layihəsində, Fransada İnterpolun Baş Katibliyində, Xarici İşlər Nazirliyində, ABŞ-da Atlantik Şurasında “Qara Dəniz-Xəzər enerji təhlükəsizliyi” layihəsində, Ukraynanın “Kyiv Weekly” qəzetində müxtəlif vəzifələrdə çalışıb, 2012-2020-ci illərdə İKT sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub, 2020-ci ildə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri və sədr müavini, daha sonra isə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaratdığı Birləşmiş Tranzit Operatorunun direktoru vəzifələrində çalışıb.