30/09/2025
Mingəçevir Dövlət Universitetində keçiriləcək “Davamlı İnkişaf Strategiyası: Qlobal Meyillər, Milli Təcrübə və Yeni Hədəflər” mövzusunda keçiriləcək III Beynəlxalq Elmi Konfransının təşkilatçılarını sizə təqdim edirik!
Konfransın uğurla reallaşmasına verdikləri dəyərli töhfələrə görə Vilayət Vəliyev, Anar Eminov, Şəhriyar Muxtarov, Tariyel Dövlətov və Uğur Ünal-a dərin təşəkkürlərimizi bildiririk.
Bu beynəlxalq tədbir, müasir elmi yeniliklərin və texnoloji nailiyyətlərin müzakirəsi, sosial-iqtisadi inkişaf strategiyalarının təhlili və paylaşılması, həmçinin qlobal və milli səviyyədə elmi-texniki əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır. Konfrans çərçivəsində müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirakı ilə aktual problemlər üzrə fikir mübadiləsi aparılacaq, davamlı inkişafın strateji istiqamətlərinə dair yeni elmi yanaşmalar təqdim ediləcəkdir.
📅 6–8 dekabr 2025
📍Mingəçevir şəhəri
📌 Ətraflı məlumat və qeydiyyat üçün:
https://sdsconference.az
______
At Mingachevir State University, we are pleased to introduce the organizers of the 3rd International Scientific Conference on “Sustainable Development Strategy: Global Trends, National Experience, and New Goals”!
We extend our sincere gratitude to Vilayat Valiyev, Anar Eminov, Shahriyar Mukhtarov, Tariyel Dovlatov , and Ugur Unal for their valuable contributions to the successful realization of this conference.
This international event aims to discuss modern scientific innovations and technological achievements, analyze and share socio-economic development strategies, and further expand scientific and technical cooperation at both global and national levels. Within the framework of the conference, scientists and researchers from various countries will exchange views on current challenges and present new scientific approaches to the strategic directions of sustainable development.
📅 December 6–8, 2025
📍 Mingachevir city
📌 For more information and registration:
https://sdsconference.az