Gəncə Dövlət Filarmoniyası / Ganja State Philharmonic Hall

Gəncə Dövlət Filarmoniyası / Ganja State Philharmonic Hall Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Filarmoniyada 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja var.

Gəncədə fəaliyyət göstərən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 10 noyabr 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə filarmoniyanın yeni binasının açılış mərasimi keçirilib. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

19/09/2026

🎶 Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib
18 sentyabr - Milli Musiqi Günü münasibətilə, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü və Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konsert proqramı keçirilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin təqdim etdiyi konsert proqramında Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən nümunələr səsləndirilib, konsertdə Gəncə Dövlət Filarmoniyasının rəqs kollektivi də çıxış edib.
Konsert proqramı Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin təbliği, Azərbaycan professional musiqisinin inkişafında onun müstəsna rolunun bir daha nümayiş etdirilməsi və milli musiqi ənənələrinin yaşadılmasına xidmət edib.
Səsləndirilən əsərlər və çıxışlar tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

🎶 Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib18 sentyabr - Milli Musiqi Günü...
19/09/2026

🎶 Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib

18 sentyabr - Milli Musiqi Günü münasibətilə, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü və Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konsert proqramı keçirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin təqdim etdiyi konsert proqramında Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən nümunələr səsləndirilib, konsertdə Gəncə Dövlət Filarmoniyasının rəqs kollektivi də çıxış edib.

Konsert proqramı Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin təbliği, Azərbaycan professional musiqisinin inkişafında onun müstəsna rolunun bir daha nümayiş etdirilməsi və milli musiqi ənənələrinin yaşadılmasına xidmət edib.

Səsləndirilən əsərlər və çıxışlar tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

18 sentyabr - Milli Musiqi Günüdür! 🎶18 sentyabr Milli Musiqi Günüdür. Hər il ənənəvi olaraq Azərbaycan professional mus...
18/09/2026

18 sentyabr - Milli Musiqi Günüdür! 🎶

18 sentyabr Milli Musiqi Günüdür. Hər il ənənəvi olaraq Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü bu əlamətdar tarixə həsr olunmuş Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XVIII Beynəlxalq Musiqi festivalı 18 sentyabrdan –28 sentyabra qədər Azərbaycanın müxtəlif müsiqi ocaqlarında davam edəcək.

Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Orkestri və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Gəncə sakinlərini və şəhərimizin qonaqlarını rəngarəng konsert proqramlarına dəvət edir.

🗓️Konsert tarixləri:
18 sentyabr Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri
28 sentyabr Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı

🎶18 Sentyabr Milli Musiqi GünüdürAzərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğu...
18/09/2026

🎶18 Sentyabr Milli Musiqi Günüdür

Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

🎶22 sentyabrda XVIII Beynəlxalq Musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Gəncə Dövlət Filarmoniyasının ...
12/09/2026

🎶22 sentyabrda XVIII Beynəlxalq Musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.

Bu gün Xalq artisti, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Fikrət Verdiyevin anadan olmasının 79-cu ildön...
02/09/2026

Bu gün Xalq artisti, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Fikrət Verdiyevin anadan olmasının 79-cu ildönümüdür.

Gəncə Dövlət Filarmoniyasının kollektivi adından mərhum sənətkarın əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

🎶 27 oktyabr tarixində Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Könül Xasıyeva “Məni tənha qoyma” adlı solo konsert il...
16/08/2026

🎶 27 oktyabr tarixində Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Könül Xasıyeva “Məni tənha qoyma” adlı solo konsert ilə tamaşaçıların qarşısında olacaq.

Bilətləri filarmoniyanın kassasından və ya iticket.az saytından əldə edə bilərsiniz.

Hələki bu iş təklifi deyil, bir müsabiqədir❗️ Səsinizin böyük səhnələrdən eşidilməsi və peşəkar kollektivlərlə əməkdaşlı...
01/08/2026

Hələki bu iş təklifi deyil, bir müsabiqədir❗️ Səsinizin böyük səhnələrdən eşidilməsi və peşəkar kollektivlərlə əməkdaşlıq etmək üçün müraciət edin.

📞 Əlaqə
050 863 98 89
050 299 00 80

Əgər öz istedadınızı böyük səhnədə nümayiş etdirmək və peşəkar kollektivin üzvü olmaq istəyirsinizsə, bu fürsəti qaçırma...
19/07/2026

Əgər öz istedadınızı böyük səhnədə nümayiş etdirmək və peşəkar kollektivin üzvü olmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

📞 Əlaqə
050 863 98 89
050 299 00 80

Address

135 Attarlar Street
Ganja
2002

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə Dövlət Filarmoniyası / Ganja State Philharmonic Hall posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share