Lasomed Group

Lasomed Group Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lasomed Group, Event Planner, Baku.

Tibbi konfransların təşkili
Tibbi tədbirlərin təşkili sahəsində peşəkar yanaşma və innovativ həllərimizlə, sağlamlıq sektoruna yeni nəfəs veririk – sizin etibarınız, bizim öhdəliyimizdir!

METABOLİK SAĞLAMLIQ VƏ PİYLƏNMƏ — REGİONAL FORUM📍 Şamaxı şəhəri | Şamaxı Palace📅 12 sentyabr 2026Metabolik sağlamlıq və ...
25/08/2026

METABOLİK SAĞLAMLIQ VƏ PİYLƏNMƏ — REGİONAL FORUM

📍 Şamaxı şəhəri | Şamaxı Palace
📅 12 sentyabr 2026

Metabolik sağlamlıq və piylənmənin müasir idarə olunmasına həsr olunmuş “Metabolik Sağlamlıq və Piylənmə” Regional Forumu keçiriləcək.

Forum çərçivəsində metabolik sağlamlıq, piylənmənin profilaktikası və müalicəsi, müasir elmi yanaşmalar və praktik klinik təcrübələrə dair aktual mövzular müzakirə olunacaq.

🔹 Görkəmli həkim və mütəxəssislərin çıxışları
🔹 Son elmi tədqiqatlar əsasında aktual məlumatlar
🔹 Praktik və klinik əhəmiyyətli müzakirələr
🔹 Mütəxəssislərlə fikir mübadiləsi
🔹 İştirakçılar üçün 10 DTT krediti
🔹 Regional forumda iştirak sertifikatı

Forum tibb mütəxəssisləri üçün elmi biliklərin yenilənməsi, peşəkar əlaqələrin genişləndirilməsi və müasir yanaşmaların müzakirəsi baxımından mühüm platforma olacaq.

📌 Tarix: 12 sentyabr 2026
📌 Məkan: Şamaxı Palace, Şamaxı şəhəri
🎓 10 DTT krediti

📞 Qeydiyyat və sponsorluq üçün:
+994 70 352 00 13
+994 70 952 00 13
+994 51 484 85 56

LasoMed — Tibbi Konfransların Təşkili

Tibb Həkim Pediatriya Endokrinologiya DTT LasoMed MedicalForum Azerbaijan

Hörmətli həkimlər!Sizi 13 sentyabr tarixində keçiriləcək Azərbaycan Uşaq Endokrinologiyası Cəmiyyətinin Lənkəran Regiona...
10/08/2026

Hörmətli həkimlər!

Sizi 13 sentyabr tarixində keçiriləcək Azərbaycan Uşaq Endokrinologiyası Cəmiyyətinin Lənkəran Regional Konfransına dəvət edirik.

Konfrans çərçivəsində uşaq endokrinologiyasının ən aktual mövzuları, müasir diaqnostika və müalicə yanaşmaları, eləcə də praktik klinik təcrübələr təqdim olunacaq. Tədbir sahə üzrə çalışan mütəxəssislər üçün yeni biliklər əldə etmək, təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri genişləndirmək baxımından əhəmiyyətli platforma olacaq.

👨‍⚕️ İştirak edə biləcək ixtisaslar:
• Pediatrlar
• Uşaq endokrinoloqları

📅 Tarix: 13 sentyabr
📍 Məkan: Lənkəran Dəniz Hotel

🌍🩺 BEYNƏLXALQ PEDİATRİYA SAMMİTİ 2026Pediatriyanın aparıcı mütəxəssisləri, müasir tibbi yanaşmalar və beynəlxalq təcrübə...
10/08/2026

🌍🩺 BEYNƏLXALQ PEDİATRİYA SAMMİTİ 2026

Pediatriyanın aparıcı mütəxəssisləri, müasir tibbi yanaşmalar və beynəlxalq təcrübə bir platformada!

📅 23–25 OKTYABR 2026
📍 Badamdar Hotel | Bakı
🎓 DTT kreditləri

✨ 3 gün | Elmi proqram | Beynəlxalq iştirak | Peşəkar networking

Azərbaycan və beynəlxalq mütəxəssislərin iştirakı ilə keçiriləcək Beynəlxalq Pediatriya Sammiti pediatriya və əlaqəli ixtisaslar üzrə tibb mütəxəssisləri üçün mühüm elmi platforma olacaq.

👩‍⚕️👨‍⚕️ Siz də bu böyük elmi görüşün bir parçası olun!

📞 Qeydiyyat və sponsorluq:
070 352 00 13 | 070 952 00 13
051 484 85 56

🌐 lasomedgroup.com

LASOMED Group
Tibbi Konfransların Təşkili

📢 İLK ANONS🇦🇿 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, TƏBİB və LasoMed Group-un dəstəyi ilə🩺 23–24–25 oktyabr t...
05/07/2026

📢 İLK ANONS

🇦🇿 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, TƏBİB və LasoMed Group-un dəstəyi ilə

🩺 23–24–25 oktyabr tarixlərində Beynəlxalq Pediatriya Sammiti keçiriləcək.

Sammit çərçivəsində pediatriya sahəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə aktual elmi mövzular, müasir diaqnostika və müalicə yanaşmaları, eləcə də klinik təcrübələr müzakirə olunacaq.

📍 Sammitin proqramı, məruzəçilər və qeydiyyat haqqında ətraflı məlumat tezliklə təqdim ediləcək.

Bizi izləmədə qalın!

Milli Pediatriya Sammiti uğurla başa çatdı20 iyun tarixində Bakı şəhərində yerləşən Badamdar Hoteldə Milli Pediatriya Sa...
22/06/2026

Milli Pediatriya Sammiti uğurla başa çatdı

20 iyun tarixində Bakı şəhərində yerləşən Badamdar Hoteldə Milli Pediatriya Sammiti uğurla keçirildi. Tədbirdə ölkənin müxtəlif regionlarından 450-dən çox həkim və səhiyyə mütəxəssisi iştirak etdi.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Pediatriya Assosiasiyası, AZPEC və ANDOP-un dəstəyi ilə keçirilən sammit pediatriya sahəsində müasir yanaşmaların, elmi yeniliklərin və aktual klinik mövzuların müzakirəsi üçün mühüm platforma oldu.

Tədbir çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən məruzələr təqdim edildi, iştirakçılar arasında geniş fikir və təcrübə mübadiləsi aparıldı.

Sammit iştirakçılarına 9 DTT kredit balı təqdim olundu. Tədbirin yüksək səviyyədə təşkili iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Milli Pediatriya Sammitinin əsas məqsədi pediatrların davamlı peşəkar inkişafına töhfə vermək, elmi biliklərin paylaşılmasını təşviq etmək və uşaqların sağlam gələcəyi naminə əməkdaşlıq imkanlarını genişləndirmək olub.

Tədbirin təşkilati-texniki tərəfdaşı LasoMed Group olmuşdur.

Elmi bilik – sağlam gələcək!

📢 Hörmətli həkimlər və səhiyyə mütəxəssisləri!Sizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,TƏBİB – Tibbi Ərazi Bölmələ...
07/06/2026

📢 Hörmətli həkimlər və səhiyyə mütəxəssisləri!

Sizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,TƏBİB – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Pediatrlar Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Cəmiyyəti, ANDOP -un təşəbbüsü və Lasomed group-un texniki dəstəyi ilə keçiriləcək bu mötəbər tədbirə dəvət edirik!

Pediatriya sahəsində yeniliklərin, müasir yanaşmaların və aktual mövzuların müzakirə olunacağı bu elmi tədbirdə ölkənin aparıcı mütəxəssisləri çıxış edəcəklər.

Konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 9 DTT kredit balı ilə qiymətləndirilmişdir.

📅 Tarix: 20 iyun
📍 Məkan: Badamdar Hotel

Sammit iştirakçılara pediatriya sahəsində bilik və təcrübələrini artırmaq, həmkarları ilə fikir mübadiləsi aparmaq və peşəkar əlaqələr qurmaq imkanı yaradacaq.

📌 Yerlər məhduddur. Qeydiyyat üçün öncədən müraciət etməyiniz tövsiyə olunur.

📞 Əlaqə:
+994 70 352 00 13
+994 70 952 00 13
+994 51 484 85 56

Hörmətli həmkarlar,Sizi 19 iyun tarixində Azərbaycan Pediatrlar Assosiasiyasının təşkil etdiyi Metabolik Xəstəliklər Mək...
05/06/2026

Hörmətli həmkarlar,

Sizi 19 iyun tarixində Azərbaycan Pediatrlar Assosiasiyasının təşkil etdiyi Metabolik Xəstəliklər Məktəbinə dəvət edirik.

Mövzu: Metabolik təcili hallar və spesifik yanaşma

Məruzəçi: Dr. Ləman Əlirzayeva

Təşkilati dəstək: Lasomed Group

Diqqət: Yerlər məhduddur. Kurs yalnız 25 iştirakçı üçün nəzərdə tutulub.

Sizin iştirakınızdan məmnun olarıq.

Hörmətli həkimlər,Sizi “Yenidoğulmuşların yeni keysləri” adlı elmi-praktiki kursda iştirak etməyə dəvət edirik.📅 Tarix: ...
26/05/2026

Hörmətli həkimlər,

Sizi “Yenidoğulmuşların yeni keysləri” adlı elmi-praktiki kursda iştirak etməyə dəvət edirik.

📅 Tarix: 19 iyun 2026
📍 Məkan: Badamdar Hotel
🕛 Saat: 12:00

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü və Lasomedgroup-un texniki dəstəyi ilə keçiriləcək kursda yenidoğulmuşlara yanaşmada ən aktual klinik keyslər, müasir diaqnostik və praktik yanaşmalar təqdim olunacaq.

🎓 Kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 6 DTT balı ilə qiymətləndirilmişdir.

👨‍⚕️ İştirak edə biləcək ixtisaslar: • Neonatoloqlar
• Pediatrlar
• Ailə həkimləri

📞 Qeydiyyat və sponsorluq üçün: +994 70 352 00 13
+994 70 952 00 13
+994 51 484 85 56
+994 77 357 00 13

Hörmətli həkimlər,Sizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və A...
26/05/2026

Hörmətli həkimlər,

Sizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin təşkilatçılığı, Lasomedgroup-un texniki dəstəyi ilə keçiriləcək “Qaraciyər sirrozu: Mübarizə davam edir” adlı elmi-praktik konfransa dəvət edirik.

📅 Tarix: 16 iyun 2026
📍 Məkan: Radisson Hotel Baku

Konfrans çərçivəsində qaraciyər sirrozunun diaqnostikası, müasir müalicə yanaşmaları və aktual klinik problemlər üzrə yerli və xarici mütəxəssislərin çıxışları təqdim olunacaq.

Tibb sahəsinin peşəkarlarını bir araya gətirəcək bu mötəbər tədbirdə sizi də görməkdən məmnun olarıq.

🎓 Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 5 DTT balı ilə qiymətləndirilmişdir.

Ətraflı məlumat və qeydiyyat üçün:
🌐 lasomedgroup.com

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Lasomed Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category