Azərbaycan Futbolu

Azərbaycan Futbolu "Azərbaycan Futbolu" - Rəsmi Facebook Səhifəsi (The Official page) "Azerbaijan Football" Azerbaijan Football Media Group was established in 2014.

Dəqiq, doğru və qərəzsiz. Ölkə futbolunun inkişafı, yeniliklər. Yalnız ölkə futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq və edirik. Təmənnasız fəaliyyət göstərən səhifəmiz adından bizi izləyən hər bir Azərbaycan Futbolu izləyicisinə böyük hörmət və ehtiramla təşəkkür edirik! Avrokubok.com page starting with the first unit, aired at futboltvideo.com
azerbaijanfootball.com sites.

🏟 Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
17/09/2026

🏟 Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.

Fevraldan bəri zədəli olan "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə ayağından təkrar cərrahi əməliyyat keçirib.O, 4 hə...
16/09/2026

Fevraldan bəri zədəli olan "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə ayağından təkrar cərrahi əməliyyat keçirib.

O, 4 həftə sonra bərpa mərhələsinə başlayacaq.

15/09/2026

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq üzvü Qara Qarayev tıxacda qalan balaca azarkeşi sevindirib.

Belə ki, şəkil çəkdirmək istəyən balacanın olduğu maşına yaxınlaşaraq istəyini reallaşdırıb.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas:"Rəhman Daşdəmirovu tənqid edənləri heç də başa düşmürəm, anlamıram. Əvvəl dey...
14/09/2026

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas:

"Rəhman Daşdəmirovu tənqid edənləri heç də başa düşmürəm, anlamıram. Əvvəl deyirdilər ki, niyə azərbaycanlı oyunçu oynamır. Mən deyərdim ki, Rəhman TOP-3 oyunçudan biridir. Azərbaycanı Çempionlar Liqasında təmsil edirlər. Hörmət etmək lazımdır. Amma nəyə görə bu qədər tənqid olunmalıyıq? Düzdür, bu gözəl ölkədə hər kəsin tənqid etmək haqqı var. Amma mən bunları qəbul etmirəm. Hörmətsizlik kimi qiymətləndirirəm. Ən azından bu futbolçular Azərbaycanı, “Sabah”ı təmsil edirlər".

🇦🇿 12 yaşlı azərbaycanlı futbolçu Əli Hüseynli İspaniyanın “Vilyarreal” klubunun akademiyasına seçilib.Yarımmüdafiəçi mö...
14/09/2026

🇦🇿 12 yaşlı azərbaycanlı futbolçu Əli Hüseynli İspaniyanın “Vilyarreal” klubunun akademiyasına seçilib.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Əli Hüseynli “Vilyarreal”ın U-13 komandasında forma geyinəcək. O, İspaniya klubuna mart ayında 13 yaşı tamam olduqdan sonra qoşulacaq.

Hazırda “Sabah”ın U-14 komandasında çıxış edən Əli Hüseynli 2021-ci ildə Türkiyənin “Altınordu” klubunun akademiyasında da futbolun sirlərini öyrənib. [9LuG]

"Qarabağ"ın U-14 komandasının üzvü Ceyms Eziaşi: "Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istəy...
12/09/2026

"Qarabağ"ın U-14 komandasının üzvü Ceyms Eziaşi:

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istəyərdim ki, Azərbaycan millisində oynayım. Bakıda doğulmuşam, mən bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ-də, "Barselona"da, "Real Madrid"də oynayan ilk azərbaycanlı oyunçu mən olum.

Qurban Qurbanovu çox bəyənirəm. O, çox yaxşı məşqçidir. Çalışıram ki, hər gün daha yaxşı oynayım, “Qarabağ”ın əsas heyətində yer alım və Qurban Qurbanov mənim məşqçim olsun".

Müsahibə: ASAN Radio

🏟 Qusar şəhər stadionunun tutumu 10 min nəfərlik olacaq ❗️"Şahdağ Qusar" klubunun prezidenti Samir Xeyirbəyov: "Apreldə ...
10/09/2026

🏟 Qusar şəhər stadionunun tutumu 10 min nəfərlik olacaq ❗️

"Şahdağ Qusar" klubunun prezidenti Samir Xeyirbəyov: "Apreldə gənclər və idman naziri Fərid Qayıbov Qusara gəlmişdi. Birlikdə stadionu gəzdik və layihəni müzakirə etdik. Orada gedən müzakirəyə əsasən, avqustun sonlarınadək layihə dəyişikliklər edilməklə tamamlanmalı, sentyabrın 15-dən sonra isə təmir işlərinə başlanılmalı idi. Bizdə olan məlumata görə, artıq başlayırlar. Cənab nazir bizə o zaman növbəti mövsümə, yəni 2027-ci ilin sentyabrına qədər stadionun hazır olacağı barədə məlumat vermişdi. Yəni stadion bu mövsüm yox, növbəti mövsümə hazır olacaq. Layihədə əsas dəyişiklik tamaşaçı sayına görədir. Təxminən 10 min nəfərə yaxın tamaşaçı olacaq və stadion beynəlxalq standartlara uyğun hazırlanacaq. Lazım olduğu təqdirdə, milli komandanın da oyunlarının orada keçirilməsi nəzərdə tutulur". (Sport1)

⚽️ "Mançester Yunayted"in baş məşqçisi Maykl Karrik:“Sabah" çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Çox oyu...
09/09/2026

⚽️ "Mançester Yunayted"in baş məşqçisi Maykl Karrik:

“Sabah" çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Çox oyunlarda qalib gəliblər və özlərinə inamlıdırlar. Komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.

"Sabah" braziliyalı hücumçu transfer edib.24 yaşlı forvard mövsümün sonunadək icarəyə götürülüb."Sabah" braziliyalı oyun...
09/09/2026

"Sabah" braziliyalı hücumçu transfer edib.

24 yaşlı forvard mövsümün sonunadək icarəyə götürülüb.

"Sabah" braziliyalı oyunçunu birdəfəlik almaq hüququna da malikdir. (Record nəşri)

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas:“Tuneldən keçib həmin meydana çıxmaq… Bu, təsəvvürümün belə fövqündədir. Dəfəl...
08/09/2026

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas:

“Tuneldən keçib həmin meydana çıxmaq… Bu, təsəvvürümün belə fövqündədir. Dəfələrlə uşaqlarla birlikdə “Old Trafford”da olmuşam. İndi isə ora məşqçi kimi gedəcəyəm.

Mümkün olan bütün kurslara, konfranslara, London Futbol Məşqçiləri Assosiasiyasının görüşlərinə gedirdim. Harada məlumat, bilik, əlavə diplom və ya yeni kurs əldə etmək imkanı var idisə, ora gedirdim. Bu, mənim üçün çox vacib idi və yaranan fürsətlərdən istifadə etdim.

Bağban işləyirdim, müxtəlif xırda təmir işləri görürdüm. Əvvəllər qəzet də paylayırdım, həmçinin bir pubda döşəmələri cilalayırdım. Çoxlu işlərim var idi. Pərakəndə satış sahəsində işləyirdim, daha sonra idman inkişafı üzrə mütəxəssis, ardınca isə idman inkişafı meneceri oldum. Mərkəzi YMCA-da da çalışırdım. İki, üç, bəzən isə dörd işdə çalışırdım”. (Futbolinfo)

Address

Baku
AZ1074

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Futbolu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Futbolu:

Shortcuts

Share